www.applmath.az

Home az | ru | en

“Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi” kafedrasınin Teams platforması üzərindən online elmi seminarı keçirilmişdir.

04/04/2021

02 aprel 2021 ci  il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi “Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi” kafedrasınin Teams platforması üzərindən online elmi seminarı keçirilmişdir. Seminarda kafedranın müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəfael Həmidov “Böyük ölçülü qərar qəbuletmə məsələlərində reduksiya və onun tətbiqi” mövzusunda  məruzə ilə çıxış etmişdir.

Elmi seminarda  eyni struktura malik məhdudiyyətli böyük ölçülü qərar qəbuletmə məsələləri ətraflı təhlil olundu. Onların həlli üçün yeni yanaşmalar və üsullar təklif olunaraq həll prosesində ölçü ilə  bağlı problemlərin aradan qaldırılması yolları araşdırıldı. Bu məqsədlə reduksiya sxemi məhdudiyyətlərin strukturuna əsaslanaraq təklif olundu.

Elmi seminar mövzu ətrafında sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.

 

Bookmark and Share