www.applmath.az

Home az | ru | en

“Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi” kafedrasınin Teams platforması üzərindən online elmi seminarı keçirilmişdir.

08/05/2021

07 may 2021 ci  il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi “Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi” kafedrasınin Teams platforması üzərindən online elmi seminarı keçirilmişdir. Seminarda kafedranın dosenti, fizika-riyaziyyat elmləri namizədi Qurban Qurbanov “Qeyri-xətti dinamik sistemlərin Maple paketində ehtimali tədqiqi” mövzusunda  məruzə ilə çıxış etmişdir.

Elmi seminarda  qeyri-xətti dinamik sistemlərin Maple paketində ehtimalı tədqiqi nəzərdə tutulan məruzədə müxtəlif qeyri-xətti dinamik sistemlərin çıxış təsadüfi funksiyalari üçün korelasiyon təhlilin maple paketinin köməyilə reallaşdırma alqoritmi ətraflı təhlil olundu. Onların həlli üçün yeni yanaşmalar və üsullar təklif olunaraq həll prosesində ölçü ilə  bağlı problemlərin aradan qaldırılması yolları araşdırıldı. Alınan elmi nəticələr vizual olaraq nümayiş olundu.

Elmi seminar mövzu ətrafında sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.

Bookmark and Share