www.applmath.az

Home az | ru | en

Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi kafedrasının magistrın çıxışı

26/04/2021

23.04.2021 – ci il tarixində Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi kafedrasının magistratura pilləsinin II kurs tələbəsi Həsənli Lətifə “Ətraf mühitin təsiri altında bioloji proseslərin dəyişməsinin riyazi modellərlə tədqiqi” mövzusu üzrə çıxış etmişdir. Təqdim olunan işdə gen ekspressiyası prosesinin müxtəlif riyazi metodlarla modelləşdirilməsi məsələsinə baxılmışdır və mövcud modellərin müqaisəli təhlili aparılmışdır. Yenilik olaraq gen ekspressiyasının diferensial tənliklər sistemi ilə qurulmuş modeli Matlab proqramlaşdırma paketində hesablanmışdır. Kafedranın dossenti Qasımov Qurban mövzu ilə bağlı suallar verdi, təklif və iradlarını bildirdi. Mövzu ilə bağlı 2 tezis Bakı Dovlət Universitetinə təqdim olunmuşdur.

Bookmark and Share