www.applmath.az

Home az | ru | en

Müəllimləri əməkdaşlığa dəvət edirik

12/01/2022

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) “SABAH Magistratura” proqramı çərçivəsində 2021/2022-ci tədris ilinin yaz semestrində Bakı Dövlət Universitetinin “Kompüter elmləri və texnologiyaları” ixtisaslaşması üzrə müəllimləri əməkdaşlığa dəvət edir.

“Kompüter elmləri və texnologiyaları” ixtisaslaşması çərçivəsində aşağıdakı fənni tədris edəcək namizədlərin müraciətləri dəyərləndiriləcəkdir:

  1. Datalogiyaya giriş (məlumatlarla işləməyin müxtəlif yolları, məlumat toplusunun təhlilinin nəticələrinin vizuallaşdırılma üsulları, statistik, klaster və reqressiya təhlili metodlarından istifadə edərək proqram yazma və s.);

Namizədlərə qarşı tələblər:

 

  1. Müvafiq ixtisas üzrə elmi dərəcə və ya tam ali təhsil (magistratura);
  2. Sahə üzrə 3 ildən az olmayaraq ali təhsil müəssisəsində tədris təcrübəsi və ya müvafiq sahədə 5 il iş təcrübəsi;
  3. Azərbaycan dilində səlis ünsiyyət bacarıqları;
  4. İKT resurslarından sərbəst istifadə bacarıqları;
  5. İnnovativ tədris metodlarından istifadə, ünsiyyət və təqdimat bacarıqları.

 

Müsabiqədə iştirak etmək istəyən müəllimlərdən öz CV-lərini və tədris edəcəkləri fənnin sillabusunun ilkin nümunəsini (Mövzu (subject) bölməsində fənnin adını qeyd etməklə) [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız ilkin mərhələni uğurla tamamlayan namizədlər növbəti mərhələ ilə bağlı məlumatlandırılacaqdır.

Müraciət üçün son tarix: 19 yanvar 2022-ci il, saat 23:59

Bookmark and Share