www.applmath.az

Home az | ru | en

Məmmədov Oktay Mübariz oğlu XII Beynəlxalq Elmi-Praktik Konfransda iştirak edib

01/06/2020

Tətbiqi analizin riyazi üsulları kafedrasının dosenti Oktay Mübariz oğlu Məmmədov Ukrayna Respubkikasının Vinnitsa Milli Texniki Universitetində 26-29 may 2020-ci il tarixində on-line formada keçirilən XII Beynəlxalq Elmi-Praktik Konfransda (INTERNET-EDUCATION-SCIENCE -2020) iştirak etmişdir. O, konfransda “ОБ АЛГЕБРАХ МЕНГЕРА ФИКСИРОВАННОГО РАНГА” adlı məruzə etmişdir. Məruzədə Menqer ranqlı sonluyaranmış sərbəst cəbr üçün sərbəst altcəbrlərin hesabi zəncirinin varlığı göstərilmişdir. Aşkar olunmuşdur ki, hiperəvəzləmələri bu cəbrlərin endomorfizmlərinə kimi davam etdirmək olar.

Dosent O.M.Məmmədov konfransdakı iştirakına və etdiyi məruzəsinə görə Vinnitsa Milli Texniki Universitetinin rektoru, konfransın Təşkilat Komitəsinin sədri Volodimir Qrabko tərəfindən imzalanmış sertifikatla təltif olunmuşdur.

Bookmark and Share