www.applmath.az

Home az | ru | en

Mənim elmdə ilk addımlarım adlı konfrans

24/06/2019

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “İnformatika müəllimliyi” ixtisası üzrə əyani təhsil alan II kurs, Tİ-45 qrup tələbəsi Rəhimzadə Nərmin Qəmbər qızı 16 may 2019-cu ildə “Mənim elmdə ilk addımlarım” adlı tələbələrin IV Respublika elmi konfransında iştirak edərək, “Ən yaxşı tələbə elmi-tədqiqat işinə görə” diplomla təltif olunmuşdur. O, I kursda oxuyarkən eyni adlı konfransda çıxış etmiş və sertifikat almışdır. Fakültənin dekanı akademik M.F.Mehdiyev və Rəhimzadə Nərmin Qəmbər qızının elmi rəhbəri, “Tətbiqi analizin riyazi üsulları” kafedrasının müdiri, mex. üzrə e.d. L.F.Fətullayeva onu təbrik etmiş, gələcək elmi işlərində uğurlar arzulamışlar.



Bookmark and Share