www.applmath.az

Home az | ru | en

İmtahan sessiyası öz işini uğurla davam etdirir

29/01/2021

Tətbiqi riyaziyyat və kibernetika fakultəsində  üzrə keçirilən İmtahan sessiyası öz işini uğurla davam etdirir.

Tətbiqi riyaziyyat və kibernetika fakultəsində  Microsoft Teams platforması üzrə keçirilən payız semestrinin imtahan sessiyası davam edir. 25-29 yanvar  2021-ci il  tarixlərində magistratura pilləsində I kurs 14 ixtisaslaşma, II kurs üzrə isə 16 ixtisaslaşmada 31 fənn üzrə 143 magistrant imtahanlarda fəal iştirak edərək müvəffəq qiymət almışlar.

Bakalavriat pilləsində “Kimputer elmləri” və “İnformatika müəllimliyi” ixtisasları üzrə ümümi 1917 tələbə imtahanda iştirak edib. Müvəffəq qiymət alan tələbələrin sayı 1909.

İmtahanların gedişini prorektorlar, dekanlar, kafedra müdirləri və Tələbə Nəzarət Qrupunun üzvləri də izləyirlər.

Tələbələrin şikayət və təkliflərinə baxılması məqsədilə yaradılan BDU rektorunun yanında yaradılmış Apellyasiya Komissiyası və "Qaynar xətt" müraciətləri dinləyərək, qarşıya çıxan problemləri operativ araşdırır.

Bookmark and Share