www.applmath.az

Home az | ru | en

“İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasınin Teams platforması üzərindən online elmi seminarı keçirilmişdir.

01/11/2021

29 oktyabr 2021 ci  il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasınin Teams platforması üzərindən online elmi seminarı keçirilmişdir. Seminarda kafedranın doktorantı Ramin Səmədov “Rəqəmsal ödəniş sisteminin formalaşması və işləməsi problemləri” mövzusunda  məruzə etmişdir.

Məruzəçi müasir rəqəmsal dünyada maliyyə xidmətlərinin göstərilməsi üçün aktiv inkişaf sayəsində rəqəmsal ödəniş sisteminin formalaşması və fəaliyyət göstərməsinin aktuallığını ətraflı şərh edərək bildirdi ki, məruzənin məqsədi rəqəmsal iqtisadiyyatın inkişafındakı əsas problemlərini təhlil etməkdən ibarətdir. Bunun üçün müasir texnologiyalar əsasında paylanmış rəqəmsal valyuta sisteminin yaradılmışdır. Elmi seminarda rəqəmsal ödəniş sisteminin əsas üstünlükləri, çatışmazlıqları qeyd edilir və onların aradan qaldırılması üçün innovativ yollar təklif olunur.

Elmi seminar mövzu ətrafında sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.

Bookmark and Share