www.applmath.az

Home az | ru | en

“İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasınin elmi seminarı keçirilmişdir.

28/10/2022

27 oktyabr 2022 ci  il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasınin elmi seminarı keçirilmişdir. Seminarda kafedranın elmlər doktoru proqramı üzrə qiyabi doktorantı Ramin Səmədov “ATM-də kart xidmətlərinin göstərilməsi mexanizminin işlənib hazırlanması və yaradılması” mövzusunda məruzə etmişdir.

Tədqiqat işində ATM-də işləmək üçün kart xidmətlərinin layihələndirilməsi zamanı bankomatın özünün fəaliyyətini təmin edən terminal və serverlər arasında işi, həmçinin digər sistemlərlə mesaj mübadiləsini təmin etmək məsələləri araşdırılır. ATM-də kart xidmətlərinin göstərilməsi mexanizminin işlənib hazırlanması və yaradılması təklif olunur.

Elmi seminar mövzu ətrafında sualların cavablandırılması ilə öz işini yekunlaşdırdı.

 

Bookmark and Share