www.applmath.az

Home az | ru | en

İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasınin elmi seminarı keçirilmişdir.

25/11/2022

24 noyabr 2022 ci  il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasınin elmi seminarı keçirilmişdir. Seminarda kafedranın baş müəllimi Fuad Qurbanov “Qeyri-səlis çoxluqlar və ehtimal nəzəriyyəsinin qərar qəbuletmə məsələlərinə tətbiqi” mövzusunda məruzə etmişdir.

Tədqiqat işində müasir elmin qarşısında duran əsas problemlərdən biri süni intellektual sistemlərdə qərar qəbuletmə üsullarına baxılır. Bu istiqamətdə aparılan işlərdə əsas nəticələr  Qeyri-səlis çoxluqlar və Ehtimal nəzəriyyələrinin klassik nəticələri əsasında yaradılır. Hazırlanan riyazi modellər təbii intellektin imkanlarını approksimasiya edir və onların əsasında müasir kompüter texnologiyaları vasitəsi ilə əhəmiyyətli proqram vasitələri tərtib edilir. Elmi seminarda Qeyri – səlis çoxluqlar fəzasında xüsusi növ metrik fəzalara baxılaraq və onların qərar qəbuletmə məsələlərinin effektivliyi araşdırılmışdır.

Elmi seminar mövzu ətrafında sualların cavablandırılması ilə öz işini yekunlaşdırdı.

Bookmark and Share