www.applmath.az

Home az | ru | en

“İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasınin online elmi seminarı keçirilmişdir.

14/04/2021

13 aprel 2021 ci  il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi “ İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasınin Teams platforması üzərindən online elmi seminarı keçirilmişdir. Seminarda kafedranın müəllimi Fuad Qurbanov “İntellektual sistemlərdə qeyri-müəyyənliklərin approksimasiya metodları” mövzusunda  məruzə etmişdir.

Məruzəçi işin məqsədini izah edərək bildirdi ki,  müasir elmin qarşısında duran əsas problemlərdən biri süni intellektual sistemlərdə qeyri-müəyyənlikləri daha adekvat surətdə modelləşdirmə üsullarının işlənib hazırlanmasıdır. Bu istiqamətdə aparılan işlərdə əsas nəticələr  Qeyri-səlis çoxluqlar və Ehtimal nəzəriyyələrinin klassik nəticələri əsasında yaradılır.Hazırlanan riyazi modellər təbii intellektin imkanlarını approksimasiya edir və onların əsasında müasir kompüter texnologiyaları vasitəsi ilə əhəmiyyətli proqram vasitələri tərtib edilir.

Elmi seminar mövzu ətrafında sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.

Bookmark and Share