www.applmath.az

Home az | ru | en

İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasınin Teams platforması üzərindən online elmi seminarı keçirilmişdir.

29/12/2021

29 dekabr 2021 ci  il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasınin Teams platforması üzərindən online elmi seminarı keçirilmişdir. Seminarda kafedranın elmlər doktoru üzrə əyani doktorantı Sevinc Əliyeva “Gecikmiş əks əlaqələri və təkrar sorğuları olan çoxkanallı sistemin təhlili” mövzusunda məruzə etmişdir.

Sevinc Əliyeva bildirmişdir ki, baxılan işdə gecikmiş əks əlaqələri və təkrar sorğuları olan çoxkanallı kütləvi xidmət sistemi araşdırılır. Ani və gecikmiş əks əlaqələri və orbiti olan çoxkanallı kütləvi xidmət sisteminin riyazi modelini təhlil edərək bildirdi ki, bu sistemin riyazi modeli müəyyən üçölçülü Markov zənciridir, onun yaradan matrisini qurmaq üçün alqoritm işlənib hazırlanmış və vəziyyətlərin stasionar ehtimalları üçün tarazlıq tənlikləri sistemi hazırlanmışdır.

Elmi seminar mövzu ətrafında sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.

Bookmark and Share