www.applmath.az

Home az | ru | en

İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının növbəti elmi seminarı keçirilmişdir.

03/04/2023

30 mart 2023-cü il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının növbəti elmi seminarı keçirilmişdir. Seminarda kafedranın dosenti Süleymanov Nizami Soyfat oğlu Steklov tipli məsələlərin həlli üçün zəruri və kafi şərtlərin alınması” mövzusunda məruzə etmişdir. Məruzədə Steklov tipli məsələlərin həlli problemləri haqqında məlumat verilmişdir. Sərhəd şərtində parametr olan qeyri-lokal məsələlər üçün qoşma sərhəd şərtləri, öz-özünə qoşmalıq şərti təyin edilir. Steklov tipli məsələlərin qoşmalıq şərtləri tapılır və məsələnin həlli üçün zəruri şərtlər alınır. Məxsusi ədədlərin və məxsusi funksiyalarin tapılması üçün modifikasiya olunmuş alqoritm verilmişdir və bu alqoritm əsasında C++ dilində proqram təminatı yaradılmışdır.

Bookmark and Share