“İnformatika fənninin tədrisinin istiqamətlərinin araşdırılması” adlı seminar
28/12/2022İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasında “İnformatika fənninin tədrisinin istiqamətlərinin araşdırılması” adlı mövzusunda seminar təşkil olunmuşdur.
Xülasə
Ümumtəhsil məktəblərində “Informatika” fənninin - məktəb informatikasının qarşısında qoyulan əsas məqsəd gənc nəslin müasir informasiya cəmiyyətində aktiv fəaliyyətə başlaması üçün informasiya texnologiyaları sahəsində lazımı baza biliklərinin mənimsəməsinə və praktiki vərdişlərin əldə etməsinə nail olmaqdan, həm də başqa fənlərin daha da dərindən öyrənilməsi üçün əlverişli zəminin yaradılmasından ibarətdir.
İnformatikanın müxtəlif istiqamətlərdə tədrisinin əsas məzmunu, araşdırılmalı olan mövzuları, onlar arasında əlaqələr, istiqamətlərin xüsusiyyətləri müqayisəli təhlil edilir, ən çox diqqət verilməli olan məsələlər müəyyənləşdirilir.