www.applmath.az

Home az | ru | en

İnformatika kafedrasında elmi seminar keçirilmişdir.

27/10/2021

25 oktyabr 2021-ci il saat 12:00-da Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin İnformatika kafedrasında elmi seminar keçirilmişdir.  Seminarda kafedranın dosenti r.e.d. Y.R.Əşrəfova “Böyük ölçülü blok strukturlu adi diferensial tənliklər sisteminin ayrılmamış sərhəd şərtlərindəki mənbələrin optimallaşdırılması” mövzusunda məruzə etmişdir.
Annotasiya. Ayrılmamış sərhəd şərtli blok strukturlu adi diferensial tənliklər sistemləri ilə optimal idarəetmə məsələsi tədqiq olunmuşdur. Tədqiq olunan mürəkkəb obyekt bloklardan ibarətdir və blokların hər birinin vəziyyəti adi diferensial tənliklər sistemi ilə təsvir olunur. Bloklar ixtiyari qaydada yalnız ilkin və / və ya son (sərhəd) vəziyyətlərinin qiymətləri ilə ayrılmamış sərhəd şərtləri ilə əlaqələnmişdir. Optimallaşdırılan  parametrlər əlaqə nöqtələrində mövcud olan mənbələrin parametrlərinin qiymətləridir. Tədqiq olunan optimal idarəetmə məsələsində optimallıq üçün zəruri şərtlər alınmışıdır. Optimal idarəetmə məsələsinin ədədi həllində funksionalın qradiyenti üçün alınmış düsturlar istifadə edərək birinci tərtib optimallaşdırma üsullarının tətbiqi təklif olunur.

Bookmark and Share