www.applmath.az

Home az | ru | en

“İnformatika” kafedrasınin elmi seminarı keçirilmişdir

13/03/2021

12 mart 2021 ci  il tarixdə Tətbiqi riyaziyyat və kibernetika fakültəsi “İnformatika” kafedrasınin elmi seminarı keçirilmişdir. Seminarda dosent Talıbov Səxavət “Şəkillərin tanınmasında tətbiq olunan süzgəclər və onların tətbiqi haqqında” mövzusunda  məruzə etmişdir

Məruzəçi şəkillərin(obyektlərin) tanınmasın meydana  çıxan problemlər və onların aradan qldırılması üçün, ilkin emal prosesi zamanı tətbiq olunan ən geniş yayılmış mövcud olan metod və alqoritmilər haqqında məlumat vermiş, Qaus, Rayleigh, Erlang, median süzgəclərinin mahiyyətləri və onların praktiki tətbiqi haqqında nümunələr göstərilmişdir. Obyektlərin sərhədlərinin təyini zamanı marfoloji,  əlaqəli komponentlərin seçilməsi, Laplacian və histoqramdan istifadə alqoritmilərinin rolu göstərilməklə onların kütləvi imtahan nəticələrinin yoxlanması sistemində tətbiqi əyani şəkildə nümayiş etdirilmişdir.

Bookmark and Share