www.applmath.az

Home az | ru | en

İnformatika kafedrasınin növbəti elmi seminarı keçirilmişdir.

17/05/2022

16 may 2022-ci  il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi İnformatika kafedrasınin növbəti elmi seminarı keçirilmişdir. Seminarda kafedranın dosenti, fizika-riyaziyyat elmləri namizədi  Sevinc Rəsulova “Ali təhsil müəssisələrində tədris üçün informasiya texnologiyalarının xüsusiyyətlərinin təhlili” mövzusunda  məruzə etmişdir.

Məruzəçi müasir informasiya cəmiyyətinin tələblərinə cavab vermək üçün ali təhsil müəssisələrində tədris prosesinin təşkilati sxemi izah edərək qeyd etdi ki, öyrənmənin uğuruna təsir edən sinxron və asinxron öyrənmənin qurulmasının spesifikliyi nəzərə alınmalıdır. Müasir müəllim İKT-nin müsbət xüsusiyyətlərini nəzərə almalı, nəinki ən müasir texnologiyalar sahəsində biliklərə sahib olmalı, həm də onları öz peşə fəaliyyətində tətbiq etməyi bacarmalıdır. Təhsilin yeni formaları kimi İKT vasitələrindən məqsədə uyğun və düzgün istifadə, etməklə bir çox didaktik xarakterli bir sıra mühim məsələləri həll etmək mümkündür.

Elmi seminar mövzu ətrafında sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.

Bookmark and Share