www.applmath.az

Home az | ru | en

“İnnovativ gənc mühəndislər” layihəsinin mükafatlandırma mərasimi keçirilib.

17/02/2023

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “İnnovativ gənc mühəndislər” layihəsinin mükafatlandırma mərasimi keçirilib. Qeyd edək ki, layihənin seçim turlarına qatılan 100 nəfərdən Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, BDU nəzdində “Gənc istedadlar liseyi” və Xəzər rayonundakı 322 nömrəli tam orta məktəbi təmsil edən 20 gənc seçilib. Onlar 4 komanda şəklində müxtəlif praktiki tapşırıqları yerinə yetiriblər. 4 komanda arasında ən yaxşı iş təqdim edən "TechnoBrains"  komandası qalib gəlib. Komandanın tərkibində "Tətbiqi riyaziyyat və kibernetika " fakültəsinin Kompüter Elmləri ixtisas tələbəsi Musa Hüseynov yer alıb . O, layihə çərçivəsində müxtəlif praktiki tapşırıqları tamamlamaq üçün "TechnoBrains" komandası ilə birgə çalışıb. Bu praktiki tapşırıqların nəticələri, gənclərin elmi-texniki səviyyələrinin inkişaf etməsində və dövlət gənclər siyasətinin reallaşdırılmasına dəstək olmaqda əhəmiyyətli bir rol oynayır. Bu layihə ilə, Azərbaycan Respublikası Gənclər Fondu, inkişaf etməkdə olan gənclərin səmərəli vaxt keçirərək yaradıcılıq potensialını artırmaq, onların müxtəlif elmi və texniki sahələrdəki bacarıqlarını inkişaf etdirməyə kömək edir.

Bookmark and Share