www.applmath.az

Home az | ru | en

İntellektuallar mükafatlandırılıb

27/05/2016

BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) nəzdində fəaliyyət göstərən "IN Club" un təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 93 illiyinə həsr olunmuş üniversitetdaxili "Xəmsə" yarışı üzrə intellektual turnir keçirilib.

Tədbiri  giriş sözü ilə açan  "IN Club"un sədri NəcməddinSofiyev  2015-2016 illərdə klubun keçirdiyi turnirlərdən və BDU THİK-in fəaliyyətindən danışıb.

O, qarşıdan gələn tədris ilində görüləcək işlərdən də bəhs edib.  Qeyd edək ki, yarışda 16 komanda iştirak edib. I yerə "Oroboros", II yerə "Red Sakura", III yerə isə "Endi" komandası layiq görülüb.

Mükafatlandırma mərasimində BDU THİK-in sədri Daşqın Qənbərov da iştirak edib. O, rəhbərlik etdiyi təşkilatın idman və intellekt sahəsinə göstərdiyi diqqətdən söz açıb.  Sonda qaliblər diplom və kubokla mükafatlandırılıblar.

Bookmark and Share