www.applmath.az

Home az | ru | en

Optimallaşdırma və idarəetmə kafedrasınin növbəti elmi seminarı keçirilmişdir.

26/10/2022

25 oktyabr 2022 ci  il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi Optimallaşdırma və idarəetmə kafedrasınin növbəti elmi seminarı keçirilmişdir. Seminarda kafedranın müdiri, professor Rafiq Tağıyev “İnteqral sərhəd şərtli parabolik tənlik üçün tərs məsələnin variasiya üsulu ilə həlli” mövzusunda  məruzə etmişdir.

Məruzəçi inteqral sərhəd şərtli xətti parabolik tənliklər haqqında  məlumatlar verərək bildirdi ki, işdə həllin qarşısındakı əmsalın tapılması üçün tərs məsələyə baxılır. Məsələnin qoyuluşunun korrektliyi izah olundu. Optimallıq üçün zəruri şərt göstərildikdən sonra baxılan məsələnin tətbiq sahələri göstərildi.

Elmi seminar mövzu ətrafında sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.

Bookmark and Share