www.applmath.az

Home az | ru | en

Optimallaşdırma və idarəetmə kafedrasınin növbəti online elmi seminarı keçirilmişdir.

21/04/2022

20 aprel 2022 ci  il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi Optimallaşdırma və idarəetmə kafedrasınin Teams platforması üzərindən növbəti online elmi seminarı keçirilmişdir. Seminarda kafedranın dosenti, iqtisad elmləri namizədi Aytəkin Əfəndiyeva “Azərbaycan Respublikasında davamlı insan inkişafının ekonometrik qiymətləndirilməsi” mövzusunda  məruzə etmişdir.

Məruzəçi davamlı insan inkişafının ölçülməsi və ekonometrik qiymətləndirilməsi haqqında ümumi məlumatlar verərək bildirdi ki, Azərbaycan Respublikasında sosial – iqtisadi inkişafının davamlığına təsir edən göstəricilərdən olan Ümumi Daxili Məhsul (ÜDM) ilə Təhsil Xərcləri (TX) arasında asılılıqların təhlilidir çox əhəmiyyət kəsb edir. Tədqiqat işində iqtisadi-riyazi modelləşdirmə üsullarından istifadə edilərək Azərbaycan Respublikasında ÜDM ilə TX arasında əlaqənin olub olmadığını araşdıraraq dəyişənlərlə əlaqəli satistik məlumatlar ekonometrik təhlil edilmişdir. Bununla yanaşı  elmi seminarda Ewives’11 tətbiqi program paketinin işlənməsinin xüsusiyyətləri izah olundu.

Elmi seminar mövzu ətrafında sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.

Bookmark and Share