www.applmath.az

Home az | ru | en

“İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasınin Teams platforması üzərindən növbəti online elmi seminarı keçirilmişdir.

20/05/2021

20 may 2021 ci  il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasınin Teams platforması üzərindən növbəti online elmi seminarı keçirilmişdir. Seminarda kafedranın dosenti Cavanşir Kazımov “Qarışıq tip tənliklər üçün bir sərhəd məsələsinin ədədi həlli” mövzusunda  məruzə etmişdir.

Məruzəçi işin məqsədini izah edərək bildirdi ki,  baxılan işdə qarışıq tip xətti diferensial tənliklər üçün Trikomi məsələsinin təqribi həllinə baxılır. Qarışıq tip xətti diferensial tənliklər üçün olan minimum prinsipindən istifadə etməklə iki şərti minimallaşdırma məsələsi qurulur. Xətti proqramlaşdırma üsullarının köməyi ilə şərti minimallaşdırma məsələləri həll edilməklə məsələnin təqribi həlləri tapılır və xəta qiymətləndirilir.

Elmi seminar mövzu ətrafında sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.

Bookmark and Share