www.applmath.az

Home az | ru | en

Optimallaşdırma və idarəetmə kafedrasınin Teams platforması üzərindən növbəti online elmi seminarı keçirilmişdir

01/11/2021

29 oktyabr 2021 ci  il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi “Optimallaşdırma və idarəetmə” kafedrasınin Teams platforması üzərindən növbəti online elmi seminarı keçirilmişdir. Seminarda kafedranın dosenti, fizika-riyaziyyat elmləri namizədi Sadıq Həşimov “Optimallaşdirma məsələlərinin MATLAB mühitində həllinin mühüm xüsusiyyətləri” mövzusunda  məruzə etmişdir.

Məruzəçi Matlab tətbiqi proqramlar paketinin  riyazi məsələlərin ədədi həllinə tətbiqləri haqqında ümumi məlumatlar verərək bildirdi ki, Matlabın optimallaşdırma məsələlərinin ədədi həllinə tətbiqinin mühüm xüsusiyyətləri və imkanları olduqca genişdir. İşdə sonlu ölçülü fəzada optimallaşdırma məsələləri, baxılan optimallaşdırma məsələlərin Matlabda qoyuluşu və ədədi həllinin mühüm xüsusiyyətləri təhlil edildi. Bununla yanaşı  elmi seminarda konkret misallar üzrə  matlabın  tətbiqilə ədədi həllinin işlənməsinin xüsusiyyətləri izah olundu.

Elmi seminar mövzu ətrafında sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.

Bookmark and Share