www.applmath.az

Home az | ru | en

Optimallaşdırma və idarəetmə kafedrasınin Teams platforması üzərindən növbəti online elmi seminarı keçirilmişdir.

16/12/2021

15 dekabr 2021 ci  il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi “Optimallaşdırma və idarəetmə” kafedrasınin Teams platforması üzərindən növbəti online elmi seminarı keçirilmişdir. Seminarda kafedranın müəllimi  Şəhla Məhərrəmli “Birölçülü parabolik tənlik üçün əmsal tərs məsələnin variasiya qoyuluşu” mövzusunda  məruzə etmişdir.

Məruzəçi qeyri-lokal şərtli birölçülü parabolik tənliyin baş əmsalının təyini haqqında tərs məsələnin variasiya qoyuluşunu izah etdikdən sonra qeyd etdi ki, baş əmsal rolunu idarəedici funksiya oynayır və Sobolov fəzasının elementidir. Məqsəd funksionalı nəzərdən keçirilən tənliyin həllinin zaman dəyişəninə görə orta çəkili dəyərinin təyin edilməsi kimi şərh edilə bilən əlavə şərtin əsasında qurulur. Tədqiq olunan işdə zəif idarəedicilər fəzası topologiyasında məsələnin qoyuluşunun korrektliyi sualı araşdırılır. Məqsəd funksinalının Freşe mənada diferensiallanması isbat olunur və zəruri optimallıq şərti qurulur.

Elmi seminar mövzu ətrafında sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.

https://teams.microsoft.com/l/meetup-join/19%3ae73f1c9040fc49d69daf0a13223ed199%40thread.tacv2/1639465399260?context=%7b%22Tid%22%3a%22a43125d1-0f89-4fa4-99ab-5474c89fdd42%22%2c%22Oid%22%3a%229a219536-1bfb-41db-92a9-8cd07387872a%22%7d

Bookmark and Share