www.applmath.az

Home az | ru | en

“Optimallaşdırma və idarəetmə” kafedrasınin Teams platforması üzərindən növbəti online elmi seminarı keçirilmişdir.

20/05/2021

20 may 2021 ci  il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi “Optimallaşdırma və idarəetmə” kafedrasınin Teams platforması üzərindən növbəti online elmi seminarı keçirilmişdir. Seminarda kafedranın müdiri, riyaziyyat üzrə elmlər doktoru, professor Rafiq Tağıyev “Parabolik tənlik üçün qeyri-lokal şərtlərlə düz və tərs sərhəd məsələləri” mövzusunda  məruzə etmişdir.

Məruzəçi inteqral sərhəd şərtli parabolik tənlik üçün başlanğıc-sərhəd məsələsinin ümumiləşmiş həllinin varlığı və yeganəliyini isbat edərək, onun hamarlığını da təhlil etdi. Bundan başqa parabolik tənliyin baş əmsalının təyini haqqında idarəetmə tipli tərs məsələnin həllinin varlığının isbatı da təqdim etdi. Məqsəd funksionalının qradiyenti üçün alınmış düsturu və optimallıq üçün zəruri şərtin çıxarılması haqqında geniş məlumat verdi.

Elmi seminar mövzu ətrafında sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.

Bookmark and Share