www.applmath.az

Home az | ru | en

“Partnyor Universitetlərdə mobil applikasiyaların və oyun dizaynı üzrə magistr proqramlarının inkişafı

09/04/2019

Bakı Dövlət Universiteti 2018-ci ildə İsveçin Linköpinq Universitetinin  koordinatorluq etdiyi “Partnyor Universitetlərdə mobil applikasiyaların və oyun dizaynı üzrə magistr proqramlarının inkişafı” - MAGUS (Developing Master programmes in Mobile Applications and Game Design at partner universities) 598342-EPP-1-2018-1- SE-EPPKA2-CBHE-JP layihəsinə qoşulub.

Layihənin məqsədi İT təhsil sahəsində keyfiyyətin artırılması, Azərbaycan və Rusiya məzunlarının işlə təmin olunması, Bolonya müddəalarına uyğun olaraq magistr proqramının hazırlanmasıdır.  Layihənin sonunda müəllimlərin yeni bilik və vərdişlərə, tələbələrin professional bacarıqlara yiyələnməsi və şəxsi startaplara başlaması mümkün olacaq.

Bununla əlaqədar olaraq Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və Kibernetika fakültəsinin “Optimallaşdırma və idarəetmı kafedrası”nın dosenti Aytəkin Əfəndiyeva və Beynəlxalq elm-təhsil proqramları, qrantlar və informasiya texnologiyaları şöbəsinin mütəxəssisi Əsgər Zeynalabdinov  02-05 aprel 2019-cu il tarixlərində İsveçin Linköping şəhərinə ezam olunmuşdurlar. Linköpinq Universiteti İsveçin əsas universitetlərindən biri olmaqla 25000 tələbə və 3500 əməkdaş kontingentinə malikdir. Layihəndə Derbi Universiteti (Birləşmiş Krallıq), Toomar Politexkin İnstitutu (Portuqaliya), Tallin Universiteti (Estoniya), Cənub Federal Univrsiteti (RF), Həştərxan Dövlət Universiteti (RF), Voronej Dövlət Universiteti (RF), BDU (Azərbaycan), Bakı Mühəndislik Universiteti (Azərbaycan), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (Azərbaycan).



Bookmark and Share