www.applmath.az

Home az | ru | en

Professor İradə Əliyeva Moskva Pedaqoji Dövlət Universitetinin 145 illik yubileyində işirak edib

06/11/2017

Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva Moskva Pedaqoji Dövlət  Universitetinin (MPDU) 145 illik yubiley tədbirində işirak edib.

Yubiley tədbirləri çərçivəsində MPDU universitetinin rektoru, professor Aleksey Vladimiroviç Lubkovla görüş keçirilib, Bakı Dövlət Universiteti və Moskva Pedaqoji Dövlət  Universiteti arasında ikitərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb. Professor İradə Əliyeva BDU-nun regional inteqrasiya proseslərində aktiv iştirakı barədə ətraflı məlumat verərək, perspektiv plan və gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində görülə biləcək konkret təkliflərlə çıxış edib. Bununla yanaşı, Bakı Dövlət Universitetində təhsil və elm sahəsində aparılan yeniliklər, müasir şəraitdə əməkdaşlıq istiqamətlərində perspektivlər haqqında da məlumat verib. Sonda professor İradə Əliyeva BDU-nun rektoru, akademik Abel Məhərrəmovun təbriki və universitet hədiyyələri təqdim edib.

MPDU universitetinin rektoru, professor A.B.Lubkov BDU-nun rektoru, akademik Abel Məhərrəmova ünvanlanmış təşəkkür məktubunu və Fəxri Fərmanı təqdim edib. Məktubda 28 sentyabr 2017-ci il tarixində Bakıda keçirilmiş “Avrasiya təhsil məkanında dillərin və mədəniyyətlərin dialoqu" adlı beynəlxalq konqresdə iştirak etmiş MPDU-nin nümayəndə heyətinə göstərilmiş diqqətə görə təşəkkür edilib.

Bookmark and Share