www.applmath.az

Home az | ru | en

Qazimizin ziyarətində

11/02/2021

Əks hücum Vətən müharibəsi dövründə torpaqlarımızın düşmən tapdağından azad olunmasında şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman şəhidlərimizi hər zaman anmaq onların valideyn və yaxınlarının problemlərini həll etmək, yaralanmış qazilərimizi yad etmək, ziyarətlərinə getmək, problemlərini imkan daxilində həll etməyə yaxınlıq etmək,  qulluqlarında durmaq hər birimizin vətəndaşlıq borcudur.

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “İnformatika müəllimliyi” ixtisasını 2020-ci ildə bitirmiş Mehdiyev Əli Sənan oğlu torpaqlarımızın azad olunması uğrundakı döyüşlərdə qəhrəmancasına döyüşmüş və yaralanmışdır. O, bir qolunu itirmiş, ayagında bir neçə yerdən qəlpə yarası almışdır. Xəstəxanada müalicə alan zaman bir neçə müəllimlə onun ziyarətində olduq. Artıq o öz doğmalarının yanına – Neftçala rayonunun Yuxarı Qaramanlı kəndinə getmişdir. Fevralın 7-də fakültənin müəllimləri Fərhad Mirzəyev, Namiq Baxışov və fakültənin məzunu Bəxtiyar Məmmədov qazimizin ziyarətində olmuşlar. Onun problemləri ilə maraqlanmış, ailəsi ilə görüşmüş, belə bir oğul böyütdüyü üçün onlara təşəkkür etmişlər. Ona hər cür dəstək olacaqlarına söz vermişlər. Qazi Əli Mehdiyev  Universitetdə dərslərin başlayacağı vaxtda fakültəyə gəlib, tələbələrlə görüşəcəyini vəd vermişdir.O, rayon rəsmilərinin və aidiyyatı qurumların onunla ciddi əlaqə saxladıqları üçün minnətdarlığını bildirmişdir.

Bookmark and Share