www.applmath.az

Home az | ru | en

QAZİLƏRİMİZLƏ ONLİNE GÖRÜŞ

12/02/2021

Ordumuzun Vətən müharibəsi dövründə torpaqlarımızı düşmən tapdağından azad edərkən şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman şəhidlərimizi hər zaman anmaq onların valideyn və yaxınlarının problemlərini həll etmək, yaralanmış qazilərimizi yad etmək, ziyarətlərinə getmək, problemlərini imkan daxilində həll etməyə köməklik göstərmək, qulluqlarında durmaq hər birimizin vətəndaşlıq borcudur.

Bu gün 12.02.2021-ci il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsinində dekan müavini dosent Cabrayılov Şamo İsax oğlu II Qarabağ müharibəsində iştirak edən qazılərimizlə online görüş kecirdi.

Görüş zamanı Vətən müharibəsində qazanılan parlaq Qələbə münasibətilə təbrik nitqləri səsləndirildi, ən yeni tariximiz,  Ermənistanın Azərbaycana qarşı uzun illər davam edən hərbi təcavüzü, Qarabağın erməni işğalından azad olunması barədə danışıldı.

Dekan müavini  Cabrayılov Şamo öz cıxışında Azərbaycan əsgərinin xalqımıza böyük qələbə sevinci yaşatdığını qeyd edərək bildirdi ki, ölkəmizdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə başlayan ordu quruculuğu prosesi bu gün Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə  Vətən müharibəsinin qaziləri və iştirakcıları

Tədbirdə  Vətən müharibəsinin qaziləri və iştirakcıları: IV kurs qiyabi tələbə qazı Əliyev Taleh,  müharibə iştirakçısı V kurs qiyabi tələbə Alimov Tural, fakültənin məzunu qazı Mehdiyev Əli, , müharibə iştirakçıları olan  passiv tələbələr Ağazadə Tural və  Əhmədov Rövşən öz müharibə xatirələrilə bölüşdülər.

Daha sonra Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin məzunu olan və torpaqlarımızı işqaldan azad edən şəhidimiz Eyyubov Turalın da xatirəsi yad  edildi. Və bir daha vurğuladılar: “Şəhidlər ölməz, Vətən bölünməz!” və “QARABAĞ AZƏRBAYCANDIR!”

 

Bookmark and Share