www.applmath.az

Home az | ru | en

qtisadi kibernetika kafedrasınin növbəti elmi seminarı keçirilmişdir.

02/06/2022

01 iyun 2022 ci  il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi İqtisadi kibernetika kafedrasınin növbəti elmi seminarı keçirilmişdir. Seminarda kafedranın dosenti, fizika-riyaziyyat elmləri namizədi Rafiq Quliyev “Sığorta problemi-İkivariantlı qərar qəbul etmə məsələsi kimi” mövzusunda  məruzə etmişdir.

Tədqiqat işində    könüllü sığorta prosesinin riyazi modeli üzərində aparılan təhlil o nəticəyə gəlməyə əsas vermişdir ki, bu prosesdə istər sığorta olunmaq, istərsə də sığorta olunmamaq qərarını qəbul edən şəxslərin hər biri optimal qərar qəbul edir. Lakin bu optimal qərarlar müxtəlif üstünlük funksiyalarına malik şəxslər üçün müxtəlif olduğundan könüllü sığortanın yeganə optimal həlli mövcud olmur.

Elmi seminar mövzu ətrafında sualların cavablandırılması ilə öz işini yekunlaşdırdı.

 

Bookmark and Share