www.applmath.az

Home az | ru | en

İqtisadi kibernetika kafedrasınin Teams platforması üzərindən növbəti online elmi seminarı keçirilmişdir

10/12/2021

10 dekabr 2021 ci  il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi İqtisadi kibernetika kafedrasınin Teams platforması üzərindən növbəti online elmi seminarı keçirilmişdir. Seminarda kafedranın dosenti, fizika-riyaziyyat elmləri namizədi Rafiq Quliyev “Qeyri-müəyyənlik şəraitində qərar qəbul etmə probleminə sistemli yanaşma” mövzusunda  məruzə etmişdir.

Məruzəçi Qeyri-müəyyənlik şəraitində qərar qəbul etmə probleminə sistemli yanaşma haqqında ümumi məlumatlar verərək bildirdi ki,  təqdim olunan iş qeyri-müəyyənlik və risk şəraitində iqdisadi-ekoloji yönümlü qərar qəbul etmə problemlərinə sistemli yanaşmanın metodoloji aspeklərinin müqayisəli təhlilinə həsr olunur.

Bununla yanaşı  elmi seminarda qeyri-müəyyənlik və risk şəraitində iqdisadi-ekoloji yönümlü qərar qəbul etmə problemlərinə riyazi modelləşdirilməsinin tətbiqi və populyasiya modelinin əsas mərhələlərinin xüsusiyyətləri izah olundu.

Elmi seminar mövzu ətrafında sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.

Bookmark and Share