İqtisadi kibernetika kafedrasınin Teams platforması üzərindən növbəti online elmi seminarı keçirilmişdir.
28/04/202227 aprel 2022 ci il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi İqtisadi kibernetika kafedrasınin Teams platforması üzərindən növbəti online elmi seminarı keçirilmişdir. Seminarda kafedranın İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı ixtisaslaşmasının II kurs magistrantı Sona Quliyeva “İnternet-marketinqin effektivliyinin yüksəldilməsi məsələlərinin təhlili” mövzusunda məruzə etmişdir.
Tədqiqat işində müasir dövrdə sürətlə inkişaf etmiş internet marketinq imkanları araşdırılmış, pandemiya dövründə belə ticarətin insanlara rahatlq və əlçatanlıq gətirilməsi faktlarla təhlil edilmiş, internet-marketinqin effektivliyinin yüksəldilməsi üçün təkliflər hazırlanmışdır. Məruzədə marketinq – mübadilə fəaliyyətini həyata keçirmək üçün bazarda aparılan məqsədyönlü fəaliyyət izah olundu. Mübadilə prosesini effektiv həyata keçirmək üçün istehlakçıların təlabatlarının müəyyən edilməsi bu təlabatlara uyğun məhsulların hazırlanması, məhsulların bazara çıxarılması, anbarlaşdırılması, daşınması, qiymətləndirilməsi, satışdan əvvəl və satışdan sonrakı xidmətin təşkili üçün təkliflər irəli sürüldü.
Elmi seminar mövzu ətrafında sualların cavablandırılması ilə öz işini yekunlaşdırdı.