www.applmath.az

Home az | ru | en

RF –nin Kabardin –Balqar Respublikasında Beynəlxalq Konfrans

01/06/2017

Bakı Dövlət Universiteti  Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin bir qrup müəllimi RF –nin Kabardin –Balqar  Respublikasında Beynəlxalq  Konfransda iştirak etiblər.

İnformatika kafedrasının müdiri  professor , AMEA-nın müxbir üzvi  ,  ən böyük tərkibli  Azərbaycan  alimlər  heyəti adından Kamil Ayda-zadə konfransın açılışında çıxış etmiş ,  konfransın işinə uğurlar arzulamışdır.

Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsininn əməkdaşları- İnformatika kafedrasının müdiri , professor Ayda-zadə Kamil Rəcəb oğlu , Tətbiqi analizin riyazi üsulları kafedrasının professoru  Əliyev Nihan Əlipənah oğlu , Riyazi fizika kafedrasının dosenti Xankişiyev Zakir  Fərman oğlu  və İqtisadi kibernetika kafedrasının  müdiri , dosent Mirzəyev Fərhad Əlif oğlu  16 may 2017-ci il—21 may 2017-ci il tarixlərində Nalçik şəhərində REA-nın Kabardin-Balkar  Milli Mərkəzinin Tətbiqi Riyaziyyat və avtomatlaşdırma institutunda “Tətbiqi riyaziyyat və fizikanın aktual problemləri “  mövzusunda  keçirilən beynəlxalq elmi konfransında proqrama salınmış məruzələrlə çıxış etmək üçün  ezamiyyətdə olmuşlar.

Onlar bölmə iclaslarında çıxış etmişlər və gələcək əməkdaşlıq barədə söhbətlər aparmışlar .

Bütün iştirakçıların iştirak etdiyi bağlanış  tədbirində Kamil Ayda-zadə çıxış etmiş , Fərhad Mirzəyev BDU adından Kabardin-Balkar Universitetinin nümayəndəsinə  universitetlə bağlı kitablar hədiyyə etmişdir.

Bookmark and Share