www.applmath.az

Home az | ru | en

Riyazi fizika tənlikləri kafedrasında 28 03.2023-cü il tarixində Elmi seminar keçirilmişdir.

28/03/2023

Riyazi fizika tənlikləri kafedrasında 28 03.2023-cü il tarixində Elmi seminar keçirilmişdir. Məruzəçi Zakir Xankişiyev seminarda müzakirə olunan məsələnin qoyuluşunu seminar iştirakçılarının diqqətinə çatdırdıqdan sonra, məsələnin həll üsulu haqqında geniş məlumat verdi. O, bildirdi ki, baxılan məsələ hiperbolik tip yüklənmiş xətti diferensial tənlik üçün inteqral şərtli olduğundan, bu məsələnin həllində bir sıra çətinliklər meydana çıxır. Bu çətinliklərdən biri inteqral şərtlərinin qeyri-lokal sərhəd şərtləri ilə əvəz olunması, digəri qurulmuş yeni məsələnin yüksək tərtibdən approksimasiya edilməsi, daha sonra isə qurulmuş fərq məsələsinin həlli və onun dayanıqlığının tədqiqidir. O, qeyd etdi ki, baxılan məsələ üçün bu çətinliklərin hamısı aradan qaldırılmış və məsələ sonadək həll edilmişdir. Seminarın gedişində o, eyni zamanda verilmiş sualları da cavablandırdı.

Bookmark and Share