Riyazi fizika tənlikləri kafedrasınin növbəti elmi seminarı keçirilmişdir
28/10/202126 oktyabr 2021 ci il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi Riyazi fizika tənlikləri kafedrasınin növbəti elmi seminarı keçirilmişdir. Seminarda kafedranın dosenti, fizika-riyaziyyat elmləri namizədi Saleh Əhmədov “Tipini parabolikdən antiparabolikə dəyişən xüsusi törəməli dörd tərtibli tənlik üçün bir qarışıq məsələnin həlli” mövzusunda məruzə etmişdir.
Elmi seminar mövzu ətrafında sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.