Riyazi fizika tənlikləri kafedrasınin növbəti elmi seminarı keçirilmişdir
15/11/202215 noyabr 2022-ci il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi Riyazi fizika tənlikləri kafedrasınin növbəti elmi seminarı keçirilmişdir. Seminarda kafedranın dosenti, fizika-riyaziyyat elmləri namizədi Nəzakət Məmmədova “Puankare hipotezinin isbatı tarixçəsi” mövzusunda məruzə etmişdir.
Məruzəçi dahi fransız alimi Anri Puankarenin 1904-cü ildə formulə etdiyi və “ Min-illiyin məsələləri” siyahısında yer almış hipotezə və onun isbatı ilə bağlı çox maraqlı tarixi faktlarla məruzə etdi. Daha sonra qoyulan məsələnin rus alimi Qriqori Perelmanla əlaqədar tədqiqatını ilə seminar iştirakçılarının nəzərinə çatdırdı.
Elmi seminar mövzu ətrafında magistrant və əməkdaşların suallarının cavablandırılması ilə öz işini yekunlaşdırdı.