www.applmath.az

Home az | ru | en

Riyazi fizika tənlikləri kafedrasınin növbəti elmi seminarı keçirilmişdir

23/11/2021

Tətbiqi riyaziyyat və kibernetika fakültəsi Riyazi fizika tənlikləri kafedrasınin 23 noyabr 2021 ci  il tarixində növbəti elmi seminarı keçirilmişdir. Seminarda kafedranın dosenti, fizika-riyaziyyat elmləri namizədi Nəzakət Məmmədova “Zadə nəzəriyyəsinin müasir riyaziyyata tətbiqləri və onların əhəmiyyətləri” mövzusunda  məruzə etmişdir.

  1. Dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadə fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlərdəndir. Alimin ardıcıl tədqiqatlarının nəticəsi olaraq irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsi müxtəlif elm sahələrinin müasir mərhələdə inkişafında dərin iz qoymuş və yeni yanaşma üsulları meydana gətirmişdir. Lütfi Zadə dünya miqyasında əsərlərinə ən çox istinad olunan alimlərdəndir. Onun yaratdığı elmi məktəb və laboratoriyalar bir sıra ölkələrdə yarım əsrdən artıqdır ki, uğurla fəaliyyət göstərməkdədir. Məruzəçi riyazi modellər, diferensial tənliklər, metrik fəzalar, ölçü nəzəriyyələrində Zadə nəzəriyyəsinin tətbiqindən ətraflı məlumat verərək bu nəzəriyyənin digər istiqamətlərdə əhəmiyyətini seminar iştirakçılarına çatdırdı.

Elmi seminar mövzu ətrafında sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.

Bookmark and Share