www.applmath.az

Home az | ru | en

Riyazi fizika tənlikləri kafedrasınin növbəti elmi seminarı keçirilmişdir.

24/12/2021

23 dekabr 2021 ci  il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi Riyazi fizika tənlikləri kafedrasınin növbəti elmi seminarı keçirilmişdir. Seminarda kafedranın Riyazi fizika ixtisaslaşmasının ikinci kurs magistrantı Şəbnəm Həşimova “Yüklənmiş parabolik tip xətti diferensial tənlik üçün bir qarışıq məsələnin həlli” mövzusunda  məruzə etmişdir.

Məruzəçi yüklənmiş parabolik tip xətti diferensial tənlik üçün bir qarışıq məsələnin qoyuluşunu verdi. Yüklənmiş parabolik tip tənlik üçün Dirixle parabolik tənliyini tədqiq edərək məsələyə uyğun spektral məsələni qurdu. Daha sonra qeyd etdi ki, spektral məsələnin məxsusi ədəd və funksiyaları tapılır. Məxsusi funksiyaların tam sistem təşkil etməsindən istifadə olunaraq dəyişənlərə ayırma üsulu tətbiq olunur. Qarışıq məsələnin həlli sıra şəklində tapılır və sıra əsaslandırılır.

Elmi seminar mövzu ətrafında sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.

Bookmark and Share