www.applmath.az

Home az | ru | en

Riyazi fizika tənlikləri kafedrasınin növbəti elmi seminarı keçirilmişdir.

27/04/2022

26 aprel 2022 ci  il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi Riyazi fizika tənlikləri kafedrasınin növbəti elmi seminarı keçirilmişdir. Seminarda kafedranın dosenti, fizika-riyaziyyat elmləri namizədi Saleh Əhmədov “Kəsilən əmsallı parabolik tip tənlik üçün bir qarışıq məsələnin həlli” mövzusunda  məruzə etmişdir.

Məruzəçi kəsilən əmsallı istilikkeçirmə tənliyi üçün bir məsələnin qoyuluşunu verdikdək sonra bu məsələyə Laplas inteqral çevirməsi tətbiq olaraq kəsilən əmsallı kompleks parametrli adi diferensial tənlik üçün bir məsələnin qurulduğunu qeyd etdi. Tənliyə yarımoxda baxdığım üşün sonsuzluqda məhdudluq şərti ilə yanaşı kəsilmə nöqtələrində calaq şərtini də izah etdi. Sonda ayrılış teoremini isbat edərək məsələnin həllinin tapılmasını göstərdi.

Elmi seminar mövzu ətrafında sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.

Bookmark and Share