www.applmath.az

Home az | ru | en

Riyazi fizika tənlikləri kafedrasınin növbəti elmi seminarı keçirilmişdir.

24/05/2022

24 aprel 2022 ci  il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi Riyazi fizika tənlikləri kafedrasınin növbəti elmi seminarı keçirilmişdir. Seminarda kafedranın dosenti, fizika-riyaziyyat elmləri namizədi Aygün Abbasova “Diferensial termobatareya  üçün bir qarişiq məsələnin çixiqlar üsulu ilə həlli” mövzusunda  məruzə etmişdir.

Məruzəçi termobatareya tənliyi üçün sərhəd şərtlərində məchul funksiyanın zamana görə törəməsi iştirak edən bir qarışıq məsələnin qoyuluşunu verdikdən sonra qeyd etdi ki, baxılan məsələ akademik  Məcid Rəsulovun  çıxıqlar üsulunun sxeminə əsasən həll olunur.

Sonda  iki köməkçi məsələ zamana görə dəyişəndən asılı  kompleks parametrli, adi diferensial tənlik üçün spektral məsələnin  və Koşi məsələsinin ayrılıqda həllinin tapılmasını göstərdi.

Elmi seminar mövzu ətrafında sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.

Bookmark and Share