www.applmath.az

Home az | ru | en

Riyazi kibernetika kafedrasında elmi seminar keçirilmişdir.

26/09/2022

26 sentyabr 2022-ci  il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi Riyazi kibernetika kafedrasınin növbəti elmi seminarı keçirilmişdir. Seminarda kafedranın müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Kamil Mənsimov “Bir dəyişən strukturlu və çoxnöqtəli keyfiyyət meyarlı optimal idarəetmə məsələsində optimallıq üçün zəruri şərt” mövzusunda  məruzə etmişdir.

Məruzəçi müxtəlif zaman parçalarında müxtəlif adi diferensial tənliklərlə təsvir olunan bir dəyişən strukturlu, çoxnöqtəli meyarlı optimal idarəetmə məsələsinin qoyuluşu haqqında  ətraflı məlumat verdi.  Qeyd etdi ki, artım üsulunun bir variantından istifadə edərək optimallıq üçün maksimum prinsipi formasında zəruri şərt isbat edilmişdir. Ayrıca olaraq, idarə oblastlarının qabarıq olduqları hal öyrənilmişdir.

Elmi seminar mövzu ətrafında sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.

Bookmark and Share