www.applmath.az

Home az | ru | en

Riyazi kibernetika kafedrasınin növbəti elmi seminarı keçirilmişdir.

09/12/2021

07 dekabr 2021 ci  il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi Riyazi kibernetika kafedrasınin növbəti elmi seminarı keçirilmişdir. Seminarda kafedranın dosenti, fizika-riyaziyyat elmləri namizədi Əhmədova Jalə “Xətti diskret iki parametrli tənliklər sisteminin həllinin göstərilişi haqqında” mövzusunda  məruzə etmişdir.

Məruzəçi Volterra tipli iki ölçülü inteqral tənliklər sistemi haqqında  ətraflı məlumat verdi.  Volterra tipli hiperbolik tip diferensial tənliklər sisteminin fərq analoqları ilə təsvir olunan sərhəd məsələləri təhlil edildi. Baxılan məsələnin həll yollarının tapılma qaydası izah olundu.

Elmi seminar mövzu ətrafında sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.

Bookmark and Share