www.applmath.az

Home az | ru | en

Riyazi kibernetika kafedrasınin növbəti elmi seminarı keçirilmişdir.

23/05/2022

19 may 2022-ci  il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi Riyazi kibernetika kafedrasınin növbəti elmi seminarı keçirilmişdir. Seminarda kafedranın müdiri, fizika-riyaziyyat elmləri namizədi, dosent  Əliyeva Səadət Tofiq qızının  “Bərabərsizlik tipli funksional məhdudiyyət olan sərhəd optimal idarəetmə məsələsində  məxsusi halların tədqiqi” mövzusunda  məruzə etmişdir.

Tədqiqat işi fərq tənlikləri ilə təsvir olunan bərabərsizlik tipli funksional məhdudiyyət olan sərhəd optimal idarəetmə məsələsinə həsr olunmuşdur. Burada fərq tənlikləri ilə təsvir olunan optimal idarəetmə məsələsində məxsusi idarələrin optimallığı üçün zəruri şərtlərin alınması məsələsinə baxılmışdır. Bəzi hallarda tapılmış optimal idarələr cırlaşır.  Belə olduqda məxsusi idarələrin optimallıqlı üçün zəruri şərtlərin alınması məsələsi aktual olur. Baxılan bərabərsizlik tipli funksional məhdudiyyət olan sərhəd optimal idarə məsələsində məxsusi hallar tədqiq olunmuş və məxsusi idarələrin optimallığı üçün zəruri şərt alınmışdır. Tədqiqat işində alınmış optimallıq şərtləri konkret praktiki məsələlərin həllində istifadə edilə bilər. Alınmış nəticələr baxılan optimal idarəetmə məsələlərinin ədədi üsullarla həll olunmasında tətbiq edilə bilər.

Elmi seminar mövzu ətrafında sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.

Bookmark and Share