www.applmath.az

Home az | ru | en

Riyazi kibernetika kafedrasınin növbəti elmi seminarı keçirilmişdir.

22/11/2022

21 noyabr 2022-ci  il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi Riyazi kibernetika kafedrasınin növbəti elmi seminarı keçirilmişdir. Seminarda kafedranın dosenti, riyaziyyat üzrə elmlər doktoru Əli Behdaş Ramazanov “Diskret arqumentli dc-funksiyalar və onların tətbiqi” mövzusunda  məruzə etmişdir.

Məruzəçi iki qabarıq funksiyanın fərqi şəklində verilmiş funksiyaları haqqında  ətraflı məlumat verdi. Qeyd etdi ki, belə funksiyalar dc- funksiyalar adlanır. Ayrıca olaraq, dc- funksiyaların qlobal ekstremumunun qiymətləndirilməsini seminar iştirakçılarının nəzərinə çatdırdı. Bu zaman ayrılışda iştirak edən funksiyaların qradiyent və qlobal ekstremumundan istifadə edildiyini izah etdi.

Elmi seminar mövzu ətrafında sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.

Bookmark and Share