www.applmath.az

Home az | ru | en

Riyazi kibernetika kafedrasınin Teams platforması üzərindən online elmi seminarı keçirilmişdir.

07/05/2021

07 may 2021 ci  il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi Riyazi kibernetika kafedrasınin Teams platforması üzərindən online elmi seminarı keçirilmişdir. Seminarda kafedranın müdiri, əməkdar elm xadimi, fizika-riyaziyyat elmlər doktoru, professor Kamil Mənsimov “Bir dəyişən strukturlu toplanmış parametrli optimal idarətmə məsələsi haqqında” mövzusunda  məruzə etmişdir.

Məruzəçi işin məqsədini, aktuallığını və tədqiqat üsulları haqqında ətraflı izah edərək bildirdi ki, işdə adi diferensial tənliklər sistemi ilə təsvir olunan bir dəyişən stukturlu optimal idarətmə məsələsinə baxılır. Optimallıq üçün birinci və ikinci tərtib zəruri şətlər tapılmasını tearem və isbatlarla seminar üzvlərinə təqdimat vasitəsilə çatdırdı.

Elmi seminarda fakültə əməkdaşları, magistrant və goktorantlar da iştirak edib. Elmi seminar mövzu ətrafında sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.

Bookmark and Share