www.applmath.az

Home az | ru | en

Riyazi kibernetika kafedrasının elmi seminarı keçirilmişdir.

16/11/2022

14 noyabr 2022 tarixində BDU Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Riyazi kibernetika kafedrasının elmi seminarı keçirilmişdir.

Seminarda kafedranın müəllimi r.ü.f.d. Abdullayev Aqşin Əbil oğlu “Volterra tip inteqral tənliklər sistemi ilə təsvir olunan bir optimal idarəetmə məsələsində optimallıq üçün zəruri şərt” mövzusunda məruzə ilə çıxış etmişdir.

A.Ə.Abdullayevin apardığı tədqiqat işində Volterra tip inteqral tənliklər sistemi ilə təsvir olunan idarə məsələlərində optimallıq üçün alınmış zəruri şərtlərə baxılmışdır. İdarə oblastı açıq olduqda klassik mənada məxsusi idarələrin, qabarıq olduqda isə kvaziməxsusi idarələrin optimallığı üçün  alınmış zəruri şərtlərə baxılmışdır. Həmçinin Volterra tipli inteqral tənliklər sistemi ilə təsvir olunan idarə məsələlərində yəhərvari nöqtənin varlığının isbatı ilə əlaqədar alınmış nəticələr təqdim olunmuşdur.

Seminarın sonunda kafedranın  əməkdaşları A.Ə.Abdullayevə mövzu ilə bağlı bəzi suallar vermiş ,məruzəçi o sualları dol\un cavablandırmışdır.

İştirak etmişdir: 4 nəfər: 1 professor, 3 dosent.

Bookmark and Share