www.applmath.az

Home az | ru | en

Riyazi kibernetika kafedrasının elmi seminarı keçirilmişdir.

06/12/2022

5 dekabr 2022 tarixində BDU Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Riyazi kibernetika kafedrasının elmi seminarı keçirilmişdir.

Seminarda kafedranın dosenti r.ü.f.d. Əliyeva Səadət Tofiq qızı “İki ölçülü kəsr tərtibli fərq tənliklər sistemində optimallıq şərtləri” mövzusunda məruzə ilə çıxış etmişdir.

S.T.Əliyevanın apardığı tədqiqat işində İki ölçülü fərq tənliklər sistemi ilə təsvir olunan sərhəd idarə məsələsində optimallıq üçün şərtin alınmasına baxılmışdır. Funksionalın xətti , prosesi təsvir edən tənliyin xətti qeyri-bircins olduğu halda optimallıq üçün zəruri və kafi şərtlərin  alınması məsələ nəzərdən keçirilmişdir. Tənlik Qursa tipli parabolik, sərhəd şərti isə Koşi məsələsinin diskret analoqu şəklindədir. Tənliklərin həllərinin göstəriliş düsturlarından istifadə edilməklə funksionalın artım düsturu hesablanmış və optimallıq üçün zəruri və kafi şərtin konstruktiv yoxlanılması üçün şərt alınmışdır.

Seminarın sonunda kafedranın  əməkdaşları S.T.Əliyevaya mövzu ilə bağlı bəzi suallar vermiş ,məruzəçi o sualları dol\un cavablandırmışdır.

İştirak etmişdir: 8 nəfər: 1 professor, 3 dosent, 2 magistrant.

Bookmark and Share