www.applmath.az

Home az | ru | en

Riyazi kibernetika kafedrasının əməkdaşları Belarusiyada keçirilən beynəlxalq elmi konfransda məruzə ediblər

13/10/2021

Riyazi kibernetika kafedrasının əməkdaşları Belarusiyada keçirilən beynəlxalq elmi konfransda məruzə ediblər

Riyazi kibernetika kafedrasının müdüri prof. Kamil Mənsimov, kafedranın dosentləri Saədət Əliyeva və Jalə Əhmədova  2021-ci il 5-10 oktyabr  tarixlərində Belarusiya Dövlət Universitetinin və Belarusiya EA-nın Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə Minsk şəhərində keçirilmiş prof. R.F.Qabasovun xatirəsinə həsr olunan beynəlxalq “Dinamik sistemlər: dayanıqlıq, idarəetmə, optimallaşdırma” ( DSSCO’21 http://conf.bsu.by) elmi konfransında  iştirak ediblər. Prof. Kamil Mənsimov konfransın proqram komitəsinin üzvü olub. Konfrans Online formatda Zoom platforması üzərində keçirilmişdir. Prof. Kamil Mənsimov, dos. Səadət Əliyeva, dos. Jalə Əhmədova  Kamil  Mənsimovun sədrlik etdiyi “Optimal idarə, müşahidə, qiymətləndirmə” seksiyasında məruzə ediblər. Məruzələr konfrans iştirakçılarının  marağına səbəb olmuş, mövzular ərafında müxtəlif suallar verilmiş və müzakirələr aparılmışdır.

Bookmark and Share