www.applmath.az

Home az | ru | en

Riyazi kibernetika kafedrasının əməkdaşları Rusiyada keçirilən beynəlxalq elmi konfransda iştirak ediblər

25/09/2022

Riyazi kibernetika kafedrasının əməkdaşları 2022-ci il 19-22 sentyabr  tarixlərində Rusiyanın İrkutsk şəhərində  keçirilən IV beynəlxalq “Dinamik sistemlər və kompüter elmləri: nəzəriyə və  tətbiqləri” (DYSC-2022 http://math.isu.ru/ru/conference/2022/Doc/DYSC2022) elmi konfransında  iştirak ediblər. Konfransda kafedranın müdiri prof. Kamil Mənsimov  kafedranın əməkdaşları Aqşin Abdullayev, dos. Jalə Əhmədova və  dos. Saədət Əliyeva ilə həmmüəllif olduğu tezisləri birləşdirərək məruzə etmişdir. Konfrans İrkutsk Dövlət Universitetinin  Riyaziyyat və İnformasiya Texnalogiyaları institutunun təşkilatçılığı ilə Online formatda Zoom platforması üzərində keçirilmişdir. Məruzələr konfrans iştirakçılarının  marağına səbəb olmuş, mövzular ərafında müxtəlif suallar verilmiş və müzakirələr aparılmışdır.

Bookmark and Share