“Riyazi kibernetika” kafedrasının əməkdaşlarının monoqrafiyası beynəlxalq nəşriyatda çap olunmuşdur
23/07/2021
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “Riyazi kibernetika” kafedrasının müdüri prof. Kamil Mənsimov və kafedranın dosenti Saədət Əliyevanın həmmüəllif olduqları “Оптимальное управление 2-D дискретными системами с распределенными и граничными управлениями» (Paylanmış və sərhəd idarəetməli 2-D diskret sistemlərində optimal idarələr) adlı monoqrafiya beynəlxalq nüfuzlu “LAP LAMBERT Academic Publishing” nəşriyatında çap olunmuşdur. Monoqrafiya özünü Qursa-Darbu sistemlərinin diskret analoqu kimi təqdim edən 2-D sistemləri ilə təsvir olunan bir sinif diskret optimal idarəetmə məsələlərinin tədqiqinə həsr olunmuşdur. Baxılan məsələrdə optimallıq üçün müxtəlif birinci və ikinci tərtib zəruri və kafi şərtlər tapılmışdır. Həmçinin ümumi qeyri-xətti halda optimallıq üçün Krotov tipli kafi şərtdə alınmışdır. Monoqrafiya optimal idarəetmənin keyfiyyət nəzəriyyəsi ilə xüsusilə diskret optimal idarəetmə məsələləri ilə məşğul olan tədqiqatçılar üçün faydalıdır.